Kreml niyə atəşkəsə can atır? - ISW səbəbi açıqladı

      Kreml niyə atəşkəsə can atır?    - ISW səbəbi açıqladı
  10 Dekabr 2022    Oxunub:952
"Rusiya prezidenti Vladimir Putin Kiyevlə Qərb arasında münasibətləri pisləşdirmək, eləcə də zəifləmiş rus qoşunlarının bərpasına zaman qazanmaq üçün Ukraynanı danışıqlara cəlb etməyə çalışır".
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

"Putindən danışıqlarla bağlı siqnallar alıram" - Zelenski
İnstitutun yaydığı yeni hesabatda qeyd edilir ki, Putin Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edəndə hiyləgərlik edir. O, faktiki olaraq danışıqlar oyunu ilə Ukraynanı Qərb tərəfdaşlarından ayırmaq üçün istifadə etmək istəyir. Yəni, guya Moskva hər şeyə hazırdır, amma Kiyev güzəştə getmək, hətta ümumiyyətlə danışıqlarda iştirak etmək istəmir.

Analitiklər deyirlər ki, Putini hazırda qayğılandıran bir nömrəli məsələ gücdən düşən və dağınıq halda olan qoşunları yenidən bərpa etməkdir. O, hərbi əməliyyatları əvvəlki tempdə davam etdirmək üçün Kiyevlə potensial ünsiyyətdən və əldə olunacaq atəşkəsdən yararlanmaq planı qurur. Bununla da Kreml rəhbəri Ukraynanın indiki üstünlüyündən, ələ alınan təşəbbüsdən məhrum etmək istəyir. Lakin ekspertlər hesab edirlər ki, belə bir ssenari reallaşmayacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Putin  





Xəbər lenti