Rusiya: "Yaxın vaxtlarda "3+3" formatının ikinci iclası keçirilə bilər"
Onun sözlərinə görə, hazırda "3+3" formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati məsələlərlə bağlı iş görülür. O, görüşün yaxın aylarda baş tutacağına ümid etdiyini vurğulayaraq deyib: “Bütün iştirakçılara, o cümlədən Gürcüstana dəvət göndərilə bilər”.
D.Qonçar iştirakçılar arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi maraqları naminə “3+3”in məsləhətçi regional platformanın yaradılmasının faydalı olacağına əmin olduqlarını söyləyib: “Xatırladıram ki, 2021-ci ilin dekabrında Moskvada keçirilən təsis yığıncağı zamanı ümumi maraq doğuran mövzular bunlar olmuşdu: iqtisadi ticarət, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, habelə ümumi çağırışlara və təhdidlərə qarşı mübarizə”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


