Avstraliya Rusiya və İran vətəndaşlarını qara siyahıya saldı
Onlar arasında İranın əxlaq və "Bəsic"polisi, eyni zamanda Məhsa Əmininin ölümündən sonra etirazların vəhşicəsinə dağıdılmasında iştirak edən 6 nəfər də var.
Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib ki, Aleksey Navalnıya sui-qəsd cəhdində əli olan yeddi Rusiya vətəndaşına da məhdudiyyətlər qoyulacaq.
Bu günə qədər Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Avstraliya 850 Rusiya və Belarus vətəndaşına, o cümlədən Vladimir Putin və Aleksandr Lukaşenkoya, habelə Rusiyanın ən iri müəssisə və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


