Avropa İttifaqı nağd ödənişləri 10 min avro ilə məhdudlaşdırır

Aİ çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə qaydalarını bütün kriptovalyuta sənayesinə şamil edə biləcək. Kripto aktivlərin ticarəti zamanı şəxsiyyətlərin gizlədilməsi daha da çətinləşəcək. Kripto xidmət təminatçıları min avrodan çox əməliyyat keçirmiş müştərilərə lazımi araşdırma aparmalı olacaqlar.
Bu mərhələdən sonra sözügedən reqlamentin yekunlaşdırılması üçün Avropa Şurası və Avropa Parlamenti (AP) arasında danışıqlar aparılacaq. Hər iki qurum ortaq hüquqi mətn üzərində razılaşdıqdan sonra tənzimləmə rəsmi olaraq təsdiqlənəcək və qüvvəyə minəcək. Hazırda Aİ-nin nağd ödənişlərə heç bir məhdudiyyəti yoxdur. Bununla belə, bir çox üzv dövlətlər öz qanunlarını təyin edirlər.
Fransada 1000 avroya, İtaliya, Belçika və Portuqaliyada 3000 avroya, Polşada isə 15 000 avroya qədər nağd ödəniş edilə bilər. Bu limitlərdən yuxarı ödənişlər üçün bank sistemindən istifadə edilməlidir. Hazırda Almaniyada nağd pul ödəmək üçün heç bir məhdudiyyət yoxdur, lakin 10 min avrodan yuxarı ödənişlər üçün şəxsiyyətin təsdiqi tələb olunur.
AzVision.az
Teqlər: