Avropa Parlamentində 4 nəfər korrupsiya işinə görə həbs olundu

   Avropa Parlamentində 4 nəfər korrupsiya işinə görə həbs olundu
  11 Dekabr 2022    Oxunub:779
Avropa Parlamentinin sədr müavini vəzifəsindən uzaqlaşdırılan Eva Kayili və daha üç nəfər bazar günü Belçikada Qətərlə bağlı korrupsiya araşdırması çərçivəsində həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə "Agence France-Presse"yə (AFP) məhkəmədəki mənbədən bildirib.

Eyni zamanda, federal prokurorluq həbs olunanların adlarını açıqlamayıb, son 48 saat ərzində saxlanılan 6 nəfərdən yalnız dördünün ilkin həbsini elan edib.

Prokurorluqdan bildirilib ki, Avropa Parlamentinin daha bir deputatının evində axtarış aparılıb.

Qeyd edək ki, Belçika Federal Prokurorluğu dekabrın 10-da Avropa Parlamentinin vitse-prezidenti Eva Kayilini korrupsiyada şübhəli bilərək saxlamışdı.

Bundan əlavə, polis Brüsseldə 16 yerdə reyd keçirərək daha 4 nəfəri həbs edib. Bu əməliyyat Qətər tərəfindən mümkün rüşvətxorluqla əlaqələndirilir. Polis Kailinin köməkçisini də dindirib.

Bəzi məlumatlara görə, hazırda dünya çempionatına ev sahibliyi edən Qətər külli miqdarda pul verməklə Avropa Parlamentinin qərarlarına təsir göstərməyə çalışıb. Axtarışlar zamanı müstəntiqlər ümumilikdə 600 min avroya yaxın nağd pul, külli miqdarda kompüter avadanlığı və bir neçə mobil telefon götürüblər.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti