Qətərdə çempionat zamanı daha bir jurnalist dünyasını dəyişib

   Qətərdə çempionat zamanı daha bir jurnalist dünyasını dəyişib
  11 Dekabr 2022    Oxunub:759
Qətərin Əl Kass televiziyasının fotojurnalisti Xalid əl-Misslam "DÇ-2022"nin oyunu zamanı dünyasını dəyişib. Bu barədə “Gulf Times” məlumat yayıb.
Mənbənin məlumatına görə, Əl-Misslam dekabrın 10-da turniri işıqlandırarkən qəflətən dünyasını dəyişib. Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Daha əvvəl mundialda daha bir jurnalistin ölümü ilə bağlı məlumat yayılmışdı. Amerikalı köşə yazarı Qrant Uol Dohada Argentina və Hollandiya arasında 1/4 final matçını işıqlandırarkən dünyasını dəyişib. 48 yaşlı jurnalist Lusail Milli Stadionunda huşunu itirib, o, xəstəxanaya aparılsa da, həyatını qurtarmaq mümkün olmayıb.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-də Qətərdə başlayıb və dekabrın 18-dək davam edəcək. Turnirin hazırkı qalibi Fransa komandasıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti