Ermənistanda nazir istefa verib

   Ermənistanda nazir istefa verib
  12 Dekabr 2022    Oxunub:1001
Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Vaqram Dumanyan istefa verib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Onun istefasının səbəbi məlum deyil.

Qeyd edək ki, Dumanyan bu vəzifəyə 2021-ci il avqustun 3-də təyin edilib. O, bundan əvvəl 2008-2019-cu illərdə İrəvan Dövlət Universitetinin nəzdində Ali Attestasiya Komissiyası yanında “Riyazi kibernetika” ixtisaslaşdırılmış şurasının elmi katibi olub. 2007-2020-ci illərdə isə məktəblilərin informatika üzrə fənn olimpiadasının Respublika Komissiyasının sədri.

Tural Tağıyev
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti