Separatçılar azərbaycanlı etirazçıların qarşısına çıxmaq istəyiblər

Separatçılar azərbaycanlı etirazçıların qarşısına çıxmaq istəyiblər
  12 Dekabr 2022    Oxunub:1357
Xəbər verdiyimiz kimi azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində aksiya keçirirlər. Onlar Azərbaycan ərazilərindəki sərvətləri qanunsuz istismar olunmasına etiraz edirlər.
Bu hadisə Ermənistanda geniş rezonans doğurub. "Hraparak" nəşri yazır ki, yol hələ də hər iki istiqamətdə bağlıdır və bir qrup separatçı azərbaycanlılarla üz-üzə gəlmək istəyib.

"Azərbaycanlılar ərazidə çadırlar qurublar. Xankəndidəkilərdən öyrəndik ki, bir neçə erməni avtomobilinin ilişib qaldığı bu yolda aksiyanın keçirildiyi əraziyə gələn "siyasətçiləri" də burqaxmırlar", - nəşr yazıb. Müəllif "siyasətçilər" deyərkən separatçıların qondarma "parlament"inin deputatlarını nəzərdə tutub.

Qeyd edilir ki, yolun bağlanması barədə məlumat alan bir qrup separatçı "deputat"ın qarşısını sülhməramlılar kəsib. Onlar yolda ümumiyyətlə hərəkətin dayandırılması ilə bağlı komandanlıqdan əmr aldıqlarını söyləyiblər. Separatçılar bu səbəbdən dəhlizdəki birinci keçid məntəqəsindən geri qaytarılıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Dəhliz   Separatçı  





Xəbər lenti