Qeyd olunur ki, ötən ilin yanvarın 4-də Ermənistan Müdafiə Nazirliyi Vayots-Dzor rayonundakı döyüş postlarından birində 2003-cü il təvəllüdlü sıravi M.Tadevosyanın başından güllə yarası alması barədə məlumat yayıb.
Araşdırma zamanı məlum olub ki, dekabrın 31-də saat 09:00-11:00 radələrində müşahidə məntəqəsində hərbi qulluqçu M.T. söhbət zamanı həmkarı E.B-ni söyüb. O da cavab olaraq xidməti avtomatı ilə həmkarına atəş açıb.
Nəticədə M.Tadevosyan başından güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Hərbi qulluqçu E.B.-yə qarşı cinayət işi açılıb və həbs edilib. İstintaq başa çatıb, iş materialları məhkəməyə göndərilib.
Tural Tağıyev
AzVision.az