AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın tanınmış qəzetlərindən olan "Hraparak" məlumat yayıb. Nəşr yazır ki, hətta "deputatlar"ın bağlanan yola yaxın ərazilərə belə getmək cəhdlərinin qarşısı alınıb.
"Rusiya sülhməramlıları bəyan ediblər ki, heç bir danışıqdan söhbət gedə bilməz və bu, həm də azərbaycanlıların tələbidir. Onlar bildirdilər ki, problemin aradan qaldırılması üçün siyasi həll yolu lazımdır və azərbaycanlıları aksiya keçirdikləri ərazidən zor gücünə çıxarmaq fikrində deyillər. Yox əgər "yuxarıdan" belə qərar alsalar, onlar özləri nə edəcəklərini biləcəklər. Məhz buna görədir ki, parlamentin fraksiya rəhbərlərinin axşam saatlarında yaydıqları bəyanatda “Biz Rusiya sülhməramlılarını üçtərəfli saziş çərçivəsində azərbaycanlılara qarşı ən sərt tədbirlər görməyə çağırırq” cümləsi yer almışdı", - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az