Saakaşvili niyə tanınmaz hala düşüb? - Vəkili səbəbi açıqladı

   Saakaşvili niyə tanınmaz hala düşüb? -    Vəkili səbəbi açıqladı
  13 Dekabr 2022    Oxunub:1309
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2021-ci ildə vətənə qayıtmazdan əvvəl mədəsindən əməliyyat olunub. AzVision.az xəbər verir ki, bunu eks-prezidentin vəkili İliya Lomia jurnalistlərə açıqlamasında deyib.
"Bəli, əməliyyat aparılıb. Dekabrın 14-də məhkəmə baxışı zamanı təfərrüatları danışacağıq. O, əməliyyata Gürcüstana gəlməmişdən əvvəl girib. Hansı səbəbdən olub? Bu, bizim məhkəmədə müraciətimizdə açıqlanacaq. Tibbi sənədlərə əsasən, Saakaşvilidə yaranmış çəki itkisi bu əməliyyatla əlaqəli deyil", - Lomiya deyib.

Xatırladaq ki, bundan öncə "Kartuli Dasi" partiyasının lideri Condi Baqaturiya da Saakaşvilinin Gürcüstana gəlməzdən bir ay əvvəl Avstriya klinikalarından birində mədəsinin rezeksiyası olunduğunu bildirmişdi. Bu, arıqlamaq üçün mədənin bir hissəsinin kəsilməsi əməliyyatıdır.

Qeyd edək ki, həbs edilən eks-prezident mayın 12-dən Vivamedi mülki klinikasında yatır. Saakaşvilinin səhhətində problemlər onun 50 günlük aclıq aksiyasından sonra başlayıb. O, həbs olunduğu gün, 2021-ci il oktyabrın 1-də aclıq aksiyasına start verib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Saakaşvili  





Xəbər lenti