İrəvanın Tehrandakı səfirliyindən Bakıya qarşı xəritə təxribatı - FOTO

   İrəvanın Tehrandakı səfirliyindən Bakıya qarşı xəritə təxribatı -    FOTO
  13 Dekabr 2022    Oxunub:1160
İranın "Tasnim" xəbər agentliyi Ermənistanın Tehrandakı səlahiyyətli səfiri Arsen Avakyandan geniş müsahibə alıb.
AzVision.az xəbər verir ki, məqalənin mətnindən çox, səfirlə iş otağında çəkilən fotolar diqqət çəkib. İrəvanın İrandakı səfiri başının üstündə ölkəsinin xəritəsini asıb ki, burada da Azərabaycan torpaqları Ermənistanın əraziləri kimi göstərilir. Daha dəqiq desək, rəsmi İrəvan Qarabağ ərazisini hələ də öz bölgəsi saydığını nümayiş etdirir.

Maraqlıdır, Ermənistan xarici ölkələrdəki səfirliklərinin hamısında belə təxribat xarakterl addım atır? Yoxsa bu təsvir bilərəkdən yalnız Tehrandakı diplomatik korpusun divarından asılıb? Fotoqrafın bilərəkdən seçdiyi bu rakurs da diqqət çəkir

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Ermənistan   Səfir  





Xəbər lenti