"Dəhliz susqunluğumuz çox qorxuncdur" - Erməni hüquq müdafiəçisi

   "Dəhliz susqunluğumuz çox qorxuncdur" -    Erməni hüquq müdafiəçisi
  13 Dekabr 2022    Oxunub:771
"Erməni fəalların Laçın dəhlizi ətrafında yaranan problemlə bağlı susqunluğu çox qorxuncdur".
AzVision.az xəbər verir ki, bunu məşhur erməni hüquq müdafiəçisi Janna Aleksanyan deyib. O, sosial şəbəkələrdə paylaşım edərək erməni cəmiyyətinin azərbaycanlı aktivistlərın keçirdiyi aksiyaya tutarlı cavab verə bilməməsindən gileylənib.

“Erməni fəallara nə oldu? Onlar hara yoxa çıxıblar? İndi Azadlıq meydanına toplaşan və Qarabağdan olan erməni gənclərin sayı xeyli azdır. Qarabağ erməniləri aksiya keçirirlər və onların yanında demək olar ki, heç kim yoxdur. Bu, hətta siyasi deyil, insan məsələsidir. Ayağa qalxıb güclü şəkildə səsimizi çıxarmalıyıq. İndiki susqunluq çox qorxuncdur”, - hüquq müdafiəçisi yazıb.

Qeyd edək ki, bu gün İrəvanda Qarabağdan qaçan və əsli oradan olan bir qrup erməni etiraz aksiyası keçirib. Onlar Laçın dəhlizinin açılmasını tələb ediblər.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Aksiya   Dəhliz  



Xəbər lenti