Xərçəngin müalicəsində ümidverici nəticə: Peyvənd hazırlanır

   Xərçəngin müalicəsində ümidverici nəticə:    Peyvənd hazırlanır
  14 Dekabr 2022    Oxunub:1018
Dövrün bəlasına çevrilmiş xərçəngin müalicəsində ümidverici nəticələr əldə olunub. ABŞ-ın dərman şirkəti olan “Moderna” koronavirus peyvəndlərində yararlı olan mRNA texnologiyasından istifadə edərək xərçəng hüceyrələrini məhv etməyi bacardığını açıqlayıb.
AzVision.az xəbər verir ki, şirkət tərəfindən verilən məlumatda peyvəndin “dəri xərçəngi”nə səbəb olan melanomaya qarşı təsirli olduğu deyilib. Bundan başqa digər xərçəng növlərinə də təsiri qeyd edilib.

“Merck” tərədindən hazırlanan “Keytruda” adlı dərman “Moderna” peyvəndi ilə birlikdə istifadə edildikdə ölüm risqini yüksək səviyyədə azaldır. Bu gedişatın statistik olaraq yaxşı nəticə olduğu açıqlanıb.
Tədqiqat 3-cü və 4-cü səviyyədə olan 157 xərçəng xəstələri üzərində aparılıb. Məum olub ki, hər iki peyvənd vurulanda müşahidə edilən yan təsirlər tək peyvənd istifadəsindəki yan təsirlərə görə azdır.
“Moderna” qeyd edir ki, peyvənd fərdi olaraq hazırlanır və 8 həftə ərzində ərsəyə gəlir.

Sima Cəfərova
AzVision.az


Teqlər:





Xəbər lenti