Ərdoğan: "Zirvə Görüşündə imzalayacağımız sənədlərlə birliyimiz daha da möhkəmlənəcək"

“Həqiqətən də bu gün üçtərəfli Zirvə Görüşündə imzalayacağımız sənədlərlə bu birliyimiz daha da möhkəmlənəcək. Nəqliyyat imkanlarını yaxşılaşdırmağımız bu baxımdan son dərəcə əhəmiyyətlidir. Ticarət dövriyyəmizi genişləndirmək üçün səylərimizi artırmağın çox mühüm bir mərhələsindəyik. Aidiyyəti nazirlərimizin həmkarları ilə başladıqları regional üçtərəfli platformalar müsbət nəticələr vermişdir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti çıxışında Lapis-Lazuli tranzit nəqliyyat dəhlizi başda olmaqla regional əməkdaşlıq mexanizmlərinin və infrastruktur layihələrinin ticarət dövriyyəmizi artırmaqla yanaşı, regional sabitliyə də töhfə verəcəyinə inamını ifadə edib.
AzVision.az
Teqlər: Türkiyə