"Xəzərdəki “Dostluq” yatağında qardaşlarımızla əməkdaşlığa hazırıq" - Ərdoğan

Türkiyə Prezidenti deyib ki, onurğa sütununu Trans-Anadolu qaz boru kəməri təşkil edən Cənub Qaz Dəhlizi ilə Xəzər qazı Avropaya çatdırılır: “Türkmən təbii qazının da Qərb bazarlarına eyni şəkildə nəqli istiqamətində fəaliyyətə də artıq başlamalıyıq. Xəzərdəki “Dostluq” yatağında da türkmən və azərbaycanlı qardaşlarımızla əməkdaşlığa hazırıq. Bundan başqa, bölgəmizdə, ölkələrimiz arasında qarşılıqlı elektrik mübadiləsinin inkişaf etdirilməsinə böyük önəm veririk. Bu çərçivədə Türkmənistandan və Azərbaycandan ölkəmizə elektrik enerjisinin nəqli ilə bağlı da işlərə hazırıq”.
AzVision.az
Teqlər: