"Rusiya bizi Azərbaycanla müharibəyə cəlb edir" - Erməni deputat

   "Rusiya bizi Azərbaycanla müharibəyə cəlb edir" -    Erməni deputat
  14 Dekabr 2022    Oxunub:677
“Dişlərinə qədər silahlanmış rus sülhməramlıları hamının gözü qarşısında bir neçə etirazçının çadırlar qurmasına tamaşa etdi. Kimsə gördümü ki, sülhməramlılardan biri çadır quranlara mane olub "yolu bağlamayın" desin? Mən indi daha çox əminəm ki, Rusiya Federasiyası bizi Azərbaycanla müharibəyə cəlb etmək istəyir, bütün bu proseslər buna yönəlib”.
AzVision.az xəbər verir ki, bunu erməni deputat, “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Vigen Xaçatryan parlamentin növbədənkənar sessiyası zamanı deyib.

Hərbi cani Sarkisyan sülhməramlıların tərəfini tutdu
“Rusiya Federasiyası Qarabağdan imtina etmək istəyir. Biz bunu başa düşməliyik və sadəcə olaraq Azərbaycan və beynəlxalq tərəfdaşlarla danışıqlara başlamaq lazımdır”, - deputat qeyd edib.

Müxalifətin hökumət binası qarşısında təşkil etdiyi aksiyaya toxunan Xaçatryan onları revanşist adlandırıb: “Bizim revanşistlər nə istəyir? Qoy gedib Rusiya səfirliyinin qarşısında aksiya keçirsinlər. Hökumət binasının qarşısında nə edəcəklər axı? Onlar müharibəni xəyal edir, bunu bizim üçün yeganə çıxış yolu görür və yenidən uduzub hakimiyyətə gəlməyə çalışırlar. Bu olmayacaq”.

Xatırladaq ki, Xaçatryan bu gün Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinə müraciət ünvanlamışdı. O, Kopırkinə Şuşa-Xankəndi yolunda yaranmış vəziyyətlə bağlı Laçına getməyi tövsiyə edib. “Qoy buradakı Rusiyanın səfiri Laçına getsin, ölkəsi orada rüsvay olur”, - erməni deputat parlamentin iclasında deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Deputat  





Xəbər lenti