Mask yenə "Tesla"nın səhmlərini satır

   Mask yenə "Tesla"nın səhmlərini satır
  15 Dekabr 2022    Oxunub:664
İlon Mask baş direktoru olduğu "Tesla"ın daha 3,58 milyard dollarlıq səhmlərini satıb.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərilən verilən bildirişə görə, Mask şirkətin 22 milyon səhmini satıb.

Bu, Maskın "Twitter"i 44 milyard dollara aldıqdan sonra həyata keçirdiyi ikinci səhm satışıdı. Bundan öncə noyabr ayında "Tesla"nın 3,95 milyard dollarlıq səhmini əldən çıxarmışdı.

Bundan əlavə, Mask aprel ayında "Tesla"nın təxminən 8,5 milyard, avqustda isə 6,9 milyard dollar dəyərində səhmlərini satışını həyata keçirib.

AzVision.az


Teqlər:



Xəbər lenti