Ermənistanda zabitlər 13-cü maaşı ala bilmirlər

   Ermənistanda zabitlər    13-cü maaşı ala bilmirlər
  15 Dekabr 2022    Oxunub:1141
Ermənistan ordusunda maaş böhranı yaranıb. AzVision.az xəbər verir ki, bu barədə “Yerevan Today” məlumat yayıb.
Qeyd edilir ki, dünəndən etibarən redaksiyaya zabitlər tərəfindən ondan çox müraciət daxil olub. Onlar arzuolunmaz surprizlə raslaşdıqlarını iddia ediblər. Şikayətdə bildirilir ki, srağagün yüksək rütbəli zabitlər onlara başa salıblar ki, ciddi şəkildə maliyyə problemləri yaranıb. Bu səbəbdən də indi 13-cü maaş deyilən pul mükafatı verilməyəcək.

Zabitlərə kütləvi şəkildə xəbərdarlıq edilib ki, onlar qətiyyən üsyankar olmasınlar, hay-küy salmasınlar. Onsuz da sərhədlərdə ciddi şəkildə gərginlik yaşanır, ölkə sıxıntı içindədir. Belə bir situasiyada orduda zabitlər səviyyəsində yaranacaq narazılıq dalğası ehtirasları daha da alovlandıracaq. Bu həm də ümumilikdə hərbçiləri ruhdan salacaq. Ancaq bu, Yeni il bayramı öncəsi erməni ordusu üçün hazrılanan yeganə xoşagəlməz sürpriz deyil. Zabitlər dekabrın maaşını da kəsirlə alacaqlar. Müdafiə Nazirliyindən bildirilib ki, hərbçilər dekabrın əmək haqqısının qalan hissəsini gələn il əldə edə biləcəklər. Nəşr daxil olan şikayətlərlə bağlı Müdafiə Nazirliyindən açıqlama almağa cəhd edib. Nazirlikdən isə yazılı sorğu göndərməyi təklif ediblər.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Maaş   Zabit  





Xəbər lenti