Mask onun haqqında yazan jurnalistlərin hesablarını blokladı

   Mask onun haqqında yazan jurnalistlərin hesablarını blokladı
  16 Dekabr 2022    Oxunub:1010
“Twitter” sosial şəbəkəsinin rəhbərliyi aparıcı Amerika mediasının bir neçə jurnalistin hesablarını dayandırıb.
AzVision.az bu barədə jurnalistlərdən birinin hesabı bloklanan "The New York Times"a istinadən xəbər verir.

Bundan əlavə, sosial şəbəkənin rəhbərliyi CNN, "The Washigton Post", "The Intercept" və "Mashable" portallarının müxbirlərinin, eləcə də bir neçə müstəqil jurnalistin hesablarını dayandırıb. Qeyd edilən KİV-lərin jurnalistlərin səhifələrinə daxil olmaq istəyəndə “Twitter" qaydalarını pozan hesabların dayandırdığı” yazısı peyda olur. CNN qeyd edib ki, hesabları bloklann jurnalistlər "Twitter" və sahibkar İlon Mask ətrafındakı hdisələri fəal şəkildə işıqlandırıblar.

Mask "Twitter" istifadəçisinin paylaşımına şərhində həmin jurnalistlərin səhifələrinin bloklanmasını izah edib. O bildirib ki, jurnalistlər onun yerini real vaxt rejimində paylaşımında qeyd edib,. "Beləliklə, onlar əslində sui-qəsdin koordinatlarını veriblər ki, bu da sosial şəbəkənin açıq-aşkar qaydaların pozulmasıdır. Şəxsi məlumatların zərərli niyyətlə yayılması ilə bağlı qaydalar hamıya olduğu kimi jurnalistlərə də şmil olunur”, - deyə biznesmen bildirib.

Qeyd edək ki, bundan öncə Maskın şəxsi təyyarəsinin hərəkəti barədə məlumatları yayan "Twitter" hesabı bloklanmışdı. "Bloomberg"in məlumatına görə, hesab 2020-ci ildən Mərkəzi Florida Universitetinin tələbəsi Cek Sviniyə aiddir. Agentlik aydınlaşdırıb ki, Mask Suiniyə paylaşımı 5000 dollara silməyi təklif edib, lakin tələbə məbləğin 50.000 dollara qədər artırılmasını tələb edərək bundan imtina edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti