Aİ Rusiya taxıl və gübrələrinin ixracına müdaxilə etməyəcək

   Aİ Rusiya taxıl və gübrələrinin ixracına müdaxilə etməyəcək
  16 Dekabr 2022    Oxunub:760
Avropa İttifaqı (Aİ) Rusiya taxıl və gübrələrinin ixracına müdaxilə etməyəcək.
AzVision.az TASS-a istinadən xəb ər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Aİ-nin Brüsseldə başa çatan sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz, yəni BMT-nin baş katibi Rusiya ilə müqavilə bağlayıb. Qara dəniz vasitəsilə Ukraynadan taxıl və gübrə ixracına icazə verilməsi ilk məsələ idi ki, bu hazırda davam edir. Dəniz yolu ilə böyük həcmdə yüklərin daşınması daha yaxşıdır. BMT Baş katibinin Rusiya taxılının və Rusiya gübrələrinin də ixrac oluna biləcəyi ilə bağlı açıq öhdəliyi əvvəldən qeyd edilmişdi. çünki bu, dünyanın ərzaq təhlükəsizliyi üçün vacibdir", - Şolts vurğulayıb.

Almaniya kansleri əlavə edib ki, Baş katibin bu sazişi Avropa İttifaqı tərəfindən də hörmətlə qarşılanacaq.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti