Xirosimada 120 min toyuq tələf olub

   Xirosimada    120 min    toyuq tələf olub
  16 Dekabr 2022    Oxunub:680
Qış mövsümü başlayandan Yaponiyanın Xirosima prefekturasında ilk dəfə olaraq quş qripi epidemiyası qeydə alınıb. AzVision.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb.
Qeyd edilir ki, virus ciddi fəsadlar törədib. Epidemiya 120 min toyuğun məhvi ilə başlayıb.

Genetik analiz quş qripinin yüksək patogenli ştamının olduğunu təsdiqləyib. Hazırda məlum işlərə 600 bələdiyyə işçisi cəlb edilib. Yoluxan toyuqların məhvi isə təxminən bir həftə davam edəcək. Xəstəlik ocaqlarının aşkar olunduğu fermanın 3 kilometr radiusunda karantin tətbiq edilib. Toyuq və yumurtaların 10 kilometrlik zonadan kənara çıxarılması da qadağan edilib. Bu tədbirlər 3 milyondan çox toyuğa təsir edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yaponiya   Quş-Qripi  





Xəbər lenti