Təxribatçı Vardanyan Xənkəndidə mitinq elan etdi

   Təxribatçı Vardanyan Xənkəndidə mitinq elan etdi
  16 Dekabr 2022    Oxunub:894
Rusiyadan Azərbaycana gələrək tez-tez təxribatçı açıqlamalar verən Ruben Vardanyan növbəti dəfə sərsəmləyib.
AzVision.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarəti altında olan Xankəndidəki separatçıların "dövlət naziri" kimi tədim edilən erməni əsilli rus iş adamı siyasi dirənişlə bağlı anons verib. O, sabah saat 15:00-da Xankəndidə Azərbaycan əleyhinə mitinq təşkil edəcəyini bəyan edib. Vardanyan yerli ermənilər üçün elan etdiyi aksiya ilə bağlı bəyanatda deyib ki, “birliyimizi və gücümüzü göstərmək üçün hər kəsi bu mitinqdə iştirak etməyə çağırıram".

Onun sözlərinə görə, ola bilsin ki, azərbaycanlıların qərarı ilə bu gün Laçın dəhlizində nəqliyyatın hərəkəti də bərpa olunsun.

Qeyd edək ki, Vardanyanın Rusiyadan Xankəndiyə gələn kimi "nazir" təyin edilməsi birmənalı qarşılanmamışdı. Rəsmi Bakı bu siyasi oyuna sərt şəkildə təpki vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev isə Vardanyan haqqında deyib: "Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".

Tural Tağıyev
AzVision.az



Teqlər: Xankəndi   Aksiya   Təxribat  





Xəbər lenti