Ermənistan parlamenti Daxili İşlər Nazirliyinin yaradılmasını təsdiqlədi

Ermənistan parlamenti Daxili İşlər Nazirliyinin yaradılmasını təsdiqlədi
  16 Dekabr 2022    Oxunub:868
Gələn ildən Ermənistanda Daxili İşlər Nazirliyi yaradılır.
AzVision.az xəbər verir ki, bu gün parlament Daxili İşlər Nazirliyinin bərpası haqqında qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib. 67 deputat lehinə, 6 deputat əleyhinə səs verib.

Ermənistan Polisinin tam şəkildə 2023-cü ildə Daxili İşlər Nazirliyinə çevrilməsi planlaşdırılır. Xatırladaq ki, bu nazirlik 2003-cü ilə qədər mövcud olub və o, Ermənistan Polisinə çevrilib. Daxili İşlər Nazirliyinə polis, Fövqəladə Hallar Nazirliyi və Miqrasiya Xidməti daxil olacaq. Amma Daxili İşlər Nazirliyi əmək miqrasiyası siyasətini hazırlamayacaq. Lakin miqrasiyanın qanuniliyinə və miqrantların qeydiyyatına nəzarət etmək səlahiyyətinə malik olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti