Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin növbəti görüşü Bakıda keçiriləcək

   Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin növbəti görüşü Bakıda keçiriləcək
  16 Dekabr 2022    Oxunub:692
Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının II Üçtərəfli Zirvə Görüşü Azərbaycanda keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə, Türkmənistan I Üçtərəfli Zirvə Görüşünun yekunlarına dair sənəddə bildirilib.

Qeyd olunub ki, üç ölkə başçısı enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini ifadə edərək, təbii qaz təchizatının xüsusi əhəmiyyətini vurğulayıb. Bu məqsədlə tərəflər birgə fəaliyyət və layihələri, o cümlədən mümkün investisiyaları, enerji resurslarının sabit və etibarlı təchizatının və tranzitinin inkişafını dəstəkləyirlər.

Vurğulanıb ki, bəyanat 25 bənddən ibarətdir. Sənəddə Türkiyə, Türkmənistan və Azərbaycanın ortaq tarixə malik yaxınlıq əsasında dövlətlərarası münasibətləri hərtərəfli inkişaf etdirmək və dərinləşdirmək öhdəlikləri öz əksini tapıb.

AzVision.az



Teqlər:





Xəbər lenti