Yaponiyada quş qripi: 190 min toyuq məhv ediləcək

   Yaponiyada quş qripi:    190 min toyuq məhv ediləcək
  17 Dekabr 2022    Oxunub:847
Yaponiyanın paytaxtı Tokio şəhəri ilə qonşu olan Saytama prefekturasında quş qripi epidemiyası səbəbindən 190 min toyuq məhv ediləcək.
Bu barədə NHK telekanalı məlumat yayıb. Dekabrın 16-da prefekturadakı quşçuluq təsərrüfatlarının birində 76 ölü quş tapılıb, onların doqquzunda quş qripi olduğu təsdiqlənib.nBu, prefekturanda cari mövsümdə üçüncü haldır.

Quşların məhv edilməsinin dekabrın 23-dək davam edəcəyi bildirilib. Bundan əlavə, fermanın ətrafında üç kilometr radiusda karantin tətbiq edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti