İran kəşfiyyatı iğtişaşları dəstəkləyən xüsusi dəstəni həbs edib

   İran kəşfiyyatı iğtişaşları dəstəkləyən xüsusi dəstəni həbs edib
  17 Dekabr 2022    Oxunub:1015
"İslam İnqilabı Keşikçiləri Korpusunun İranın Əlborz əyalətinin Fərdis rayonundakı kəşfiyyatı bölgədə iğtişaşlar törədən dəstə üzvlərini həbs edib". AzVision.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Kəşfiyyat bəyan edib ki, saxlanılanlar guya banda üzvləri olublar və onlar Fərdisdəki son iğtişaşlarda aktiv şəkildə iştirak ediblər.

“Dəstə üzvləri bu şəhərdə hər cür iğtişaşlarda, o cümlədən insanları aksiyalara qoşulmağa dəvət edən broşuraların yayılmasında, “Molotov kokteyli”nin hazırlanmasında, atıcı silahların daşınmasında və istifadəsində iştirak ediblər”, - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti