Rusiya İrandan yeni “Şahid” PUA-ları alıb - Ukrayna kəşfiyyatı

“Bəli, bu yeni partiyadır və sayca azdır. Biz indi sayı şərh etmirik. Dünənki kütləvi raket zərbələri zamanı “Şahid” raketləri atılmayıb. Digər mövcud vasitələrdən istifadə edilib”.
İran istehsalı ballistik raketlərə gəldikdə isə, Yusovun sözlərinə görə, kəşfiyyat Rusiya Federasiyası ilə İran arasında ilkin razılaşmadan və təcavüzkarın bu raketləri əldə etmək üçün göstərdiyi fövqəladə səylərdən xəbərdardır:
“Bugünkü duruma əsasən qeyd edim ki, Ukraynaya Rusiyada İran istehsalı ballistik raket atılmayıb. Ancaq belə bir ehtimal var”.
Xatırladaq ki, hələ iyul ayında KİV-də İranın Rusiyaya “Şahid” pilotsuz uçuş aparatlarını satdığına dair məlumat yayılmışdı.
Avqustda ABŞ-ın “The Washington Post” nəşri İran istehsalı “Mühacir-6” və “Şahid” PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını bildirmişdi.
Sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi İran istehsalı olan ilk PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı.
Oktyabrın 3-də Ukrayna Müdafiə Nazirliyi hərbçilərinin Rusiya Silahlı Qüvvələrinin İran istehsalı olan “Mühacir-6” PUA-sını endirdiyini elan etmişdi.
AzVision.az