Azərbaycanda daha bir ana ölümü

Azərbaycanda daha bir ana ölümü
  14 May 2014    Oxunub:985
Sabirabadda doğuş zamanı ölən ananın şəxsiyyəti bəlli olub.
Azərbaycanda daha bir ana doğuş zamanı ölüb. Hadisə Sabirabad rayonunda baş verib. Belə ki, əməliyyat 1987-ci ildə anadan olan Rzayeva Alidə Ağalar qızı üzərində aparılıb. Əməliyyat zamanı qadın qız uşağı dünyaya gətirib. Bu onun ikinci hamiləliyi olub. Qadın əməliyyatdan sonra səhər saatlarında keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır. Ölən qadının yaxınları ilə xəstəxanada həkimlər arasında qarşıdurma yarandığı bildirilir. Sabirabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə yeripə polis nəfərləri göndərilib. Ətraflı məlumat veəcəyik.(Anspress)


Teqlər:





Xəbər lenti