Ukraynanın polşalı komendanta verdiyi hədiyyə generalın kabinetində partlayıb

 Ukraynanın polşalı komendanta verdiyi hədiyyə generalın kabinetində partlayıb
  19 Dekabr 2022    Oxunub:848
Polşada maraqlı insident baş verib. AzVision.az -ın məlumatına görə, Polşa polisinin baş komendantı Yaroslav Şimçik iddia edib ki, ona döyüş qumbaraatanı hədiyyə edilib. O bunun real sursat olmasını bilməyib.
Şimçik "Rzeczpospolita"ya müsahibəsində deyib ki, hadisə bir həftə əvvəl baş verib. Kiyevdə Ukrayna polisinin rəhbəri ilə görüşdükdən sonra onlar hədiyyə mübadiləsi aparıblar. Polşalı general ukraynalı həmkarına dəftərxana ləvazimatı və bir şüşə polşa spirti verib.

Xatırladaq ki, bir müddət öncə Polşa polisi qumbara partlayışı barədə məlumat yaymışdı. Məlum olmuşdu ki, baş komendantın dekabrın 11-12-də Ukraynaya səfəri zamanı aldığı hədiyyə onun kabinetində partlayıb. Partlayış nəticəsində iki nəfər yaralanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti