ABŞ-ın Kişinyovdakı səfirliyi şübhəli paket alıb

   ABŞ-ın Kişinyovdakı səfirliyi şübhəli paket alıb
  19 Dekabr 2022    Oxunub:684
ABŞ-ın Kişinyovdakı səfirliyi poçtla şübhəli bağlama aldığı üçün polisə müraciət edib.
Bu barədə bazar ertəsi diplomatik missiyanın mətbuat katibi Karolina İstrati Moldovanın Deschide portalına bildirib.

“Təhlükəsizlik prosedurlarına uyğun olaraq, ABŞ səfirliyi bazar ertəsi səhər daxil olan məktubları yoxlayarkən şübhəli bağlama müəyyən etdikdən sonra polislə əlaqə saxlayıb.Hazırda mütəxəssislər lazımi yoxlamaları aparmaq üçün diplomatik missiyadadırlar”, - İstrati deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti