Bayden Naqasakiyə səfər edən ilk ABŞ Prezidenti ola bilər
Nəşr qeyd edir ki, bu baş verərsə, Bayden Naqasakiyə səfər edən ilk ABŞ Prezidenti olacaq.
Bildirilir ki, hazırda Vaşinqton və Tokio bu səfərlə bağlı danışıqlar aparır. Yekun qərar Naqasakinin ABŞ nümayəndə heyətinin qalmasına hazırlığının hərtərəfli qiymətləndirilməsindən sonra veriləcək. Bunda yerli sakinlərin də bu məsələyə münasibəti nəzərə alınacaq.
Səfər 2023-cü il mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitindən sonra baş tuta bilər.
Xatırladaq ki, Naqasakiyə atılan atom bombası nəticəsində 1945-ci ilin sonunadək 74 min insan həlak olub.
AzVision.az
Teqlər: