Hindistan Çinlə sərhədə rekord sayda hərbçi toplayıb

Hindistan Çinlə sərhədə rekord sayda hərbçi toplayıb
  20 Dekabr 2022    Oxunub:668
Hindistan deeskalasiya məqsədilə Çinə təzyiq etməyə çalışır. Dehli bu məqsədlə iki ölkənin sərhədində rekord sayda xüsusi qüvvələr yerləşdirib. AzVision.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Caişankar məlumat verib.
"Əgər biz Çinə biganə idiksə, o zaman Hindistan ordusunu sərhədə kim göndərdi? Əgər Çinə əhəmiyyət vermirdiksə, onda niyə bu gün Pekinə təzyiq göstəririk ki, gərginliyi azaltsın? Niyə açıq şəkildə münasibətlərimizin normal olmadığını deyirik?" - Caişankar müxalifət partiyası "Hindistan Milli Konqresi"nin tənqidinə belə cavab verib.

Xarici işlər naziri qeyd edib ki, heç kim sərhədi qoruyan “hind əsgərlərini tənqid etməməlidir”.

Xatırladaq ki, bir müddət öncə Hindistanın müdafiə naziri Racnatx Sinqx dekabrın 9-da Çin qoşunlarının Arunaçal-Pradeş ştatında sərhədi pozmağa və “status-kvonu birtərəfli qaydada dəyişməyə” cəhd etdiyini bəyan etmişdi. Hindistan və Çin hərbçiləri arasında toqquşma nəticəsində xəsarət alanların olduğu da qeyd edilirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Hindistan   Çin  





Xəbər lenti