ABŞ-da “TikTok”un dövlət qurumlarında istifadəsi qadağa edilə bilər

  ABŞ-da “TikTok”un dövlət qurumlarında istifadəsi qadağa edilə bilər
  20 Dekabr 2022    Oxunub:618
ABŞ-ın 2023-cü il üzrə dövlət büdcəsi haqqında qanun layihəsində federal dövlət qurumlarının əməkdaşlarının istifadə etdiyi kompüter və telefonlarda “TikTok”un quraşdırılmasının qadağan edilməsi təklif edilib.
Bu barədə “Reuters” məlumat yayıb. Respublikaçı Coş Hauli tərəfindən Senata təqdim edilən müvafiq qanun layihəsi federal departamentlərin əməkdaşlarına sosial şəbəkədən istifadəni qadağan edəcək.

Eyni zamanda, 60 gün ərzində ABŞ prezident administrasiyasındakı İdarəetmə və Büdcə İdarəsi tətbiqi silmək üçün icra orqanları üçün standartlar və təlimatlar hazırlamağı öhdəsinə götürəcək.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib ki, “TikTok” ölkənin milli təhlükəsizliyinə real təhlükə yarada bilər: “Mən məmurların çoxunun fikrini bölüşürəm. Tik-Tok Çin tətbiqidir və bu, o deməkdir ki, Çin hökuməti asanlıqla ABŞ-dan olan istifadəçilərin məlumatlarına daxil ola, sosial şəbəkədəki məzmuna nəzarət edə bilər”.


AzVision.az


Teqlər:





Xəbər lenti