Ermənilər parlamentdə Messidən danışan deputatı söydülər

   Ermənilər parlamentdə Messidən danışan deputatı söydülər
  20 Dekabr 2022    Oxunub:780
Ermənistan parlamentində maraqlı hadisə yaşanıb. AzVision.az xəbər verir ki, Milli Assambleyanın bugünkü iclasında deputat Qurgen Arsenyanın çıxışa futbol mövzusu ilə başlaması sosial şəbəkələrin erməni seqmentində narazılıqla qarşılanıb.
Arsenyan deyib: “İcazə verin Kasasiya Məhkəməsi hakimlərinin və Mərkəzi Kəşfiyyat İdarəsi üzvlərinin seçilməsi məsələsinə toxunmazdan əvvəl parlament diplomatiyasının bir hissəsindən danışım. Yəni bu tribunadan Argentina xalqını milli komandalarının dünya kubokunu qazanması münasibətilə ürəkdən təbrik edim. Milyonlarla Messi azarkeşini onların gözləntilərini doğrultması münasibətilə təbrik edirəm. Hamımıza isə eyni uğurları arzulayım".

"Bu gün Qarabağda baş verənlər sabah ölkəmizdə yaşanacaq" - Erməni deputat
Narazı ermənilər ölkədə min cürə problemin yarandığı, dəhliz hadisələrinin cərəyan etdiyi bir vaxtda futboldan danışan deputatın ünvanına ağır ifadələr səsləndiriblər. "Mamul" saytı da Arsenyanın Argentina mövzusuna toxunmasını qınayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Parlament  





Xəbər lenti