Kurtidən Balkan müharibəsi anonsu: "Rusiya buna çalışır"

      Kurtidən Balkan müharibəsi anonsu:   "Rusiya buna çalışır"
  20 Dekabr 2022    Oxunub:1190
Rusiyanın Ukraynaya hücumu uğursuz olduğu üçün Moskva Serbiya ilə Kosovo arasında gərginliyi artırır.
AzVision.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb. Nəşr Kosovonun baş naziri Albin Kurtidən sitat gətirib.

"Bu gecə Kosovoda dönüşü olmayan nöqtəyə yaxınlaşırıq"
Albin Kurtinin sözlərinə görə, belə bir vəziyyət Rusiya prezidenti Vladimir Putinin əlinə oynayacaq kəskin bir münaqişəyə çevrilə bilər.

“Rusiya təcavüzdən sonra Ukraynada böyük məğlubiyyətə uğradığına görə Balkanda müharibənin qızışdırılmasında maraqlıdır", – Kurti deyib. O Belqradın bu işdə əsas köməkçi sayıb.

Kosovo baş naziri 2 bu çərçivədə 2021-ci ildə Rusiya və Serbiyanın 104 dəfə birgə hərbi təlimlər keçirdiyini xatırladıb.

Nəşr qeyd edir ki, hazırda Kosovonun etnik serblərin yaşadığı şimal hissəsində Kosovo hakimiyyətinin nümayəndələrini ora buraxmamaq üçün barrikadalar qurulub. ABŞ və Avropa İttifaqı isə artıq serbləri Kosovo administrasiyasının narahatlığına səbəb olan barrikadaları aradan qaldırmağa çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kosovo   Rusiya   Münaqişə  





Xəbər lenti