Dərmanı da silahı kimidir - Hind siropu Afrikada 70 uşağı öldürdü

    Dərmanı da silahı kimidir -    Hind siropu Afrikada 70 uşağı öldürdü
  20 Dekabr 2022    Oxunub:1993
Qambiyada Hindistan əczaçılıq şirkətinin öskürək dərmanından istifadə edən azı 70 uşaq ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qeyd edilir ki, "Maiden Pharmaceuticals Limited" adlı kompaniyanın siropları ciddi fəsada, xüsəsən də uşaqların ölümünə səbəb olan böyrək problemlərinə gətirib çıxarır. Nəşr Qambiya parlamentinin komitə rəhbəri Amadu Kamara istinad edib.

Deputatın sözlərinə görə, "uşaqlarda kütləvi şəkildə kəskin böyrək çatışmazlığının yaranmasına səbəb “Maiden Pharmaceuticals”ın çirkli tibb məhsulundan istifadə olub”.

Qambiya parlamenti hökuməti Hindistan şirkətinə qarşı müvafiq məhkəmə iddiası qaldırmağa çağırıb.

Hindistan erməniləri niyə silahlandırır? – Pakistanlı ekspertlər şərh edirlər (Eksklüziv)
Hadisə ilə bağlı araşdırma hələ oktyabr ayında başlayıb. Afrika ölkəsinin prezidenti Adama Barrou istintaqın ciddi və əsaslı şəkildə aparılacağına söz verib. O, həmçinin öskürək siropu satan apteklərin, eləcə də dərmanı idxal edən şirkətlərin lisenziyalarının dayandırılmasını əmr edib.

Xatırladaq ki, oktyabrın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlar üçün dörd növ öskürək siropunun təhlükələri haqqında qlobal xəbərdarlıq etmişdi. Bunlar oral prometazin məhlulları sayılan " Kofexmalin" və "Makoff", həmçinin soyuqdəymə üçün sirpo olan "Magrip N" idi. Bu dərmanların hamısı Hindistan əczaçılıq şirkəti "Maiden Pharmaceuticals Limited" tərəfindən istehsal olunur.

Hindistan hökuməti isə bu yaxınlarda ÜST - ə məlumat verib ki, Qambiyaya göndərilən siroplardan götürülmüş nümunələr məhsulun parametrlərinin hökumətin tətbiq etdiyi norma və tələblərə uyğun olduğunu göstərib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Hindistan   Dərman   Qambiya  





Xəbər lenti