"Qadınlar niyə "Twitter"dən az istifadə edirlər?
Ünsiyyət üzrə mütəxəssis professor Nurdoğan Rigel deyir ki, qadınların bu seçiminə "Twitter"dəki məhdud sayda simvol təsir edə bilər. Bu sosial şəbəkədən istifadə etmədiyini bildirən Rigel qeyd edib ki, kişi və qadın üçün ünsiyyətdən alınan həzz fərqlidir
- Qadınlar daha çox vizual yönümlü olduqları üçün "Twitter"dən istifadə etməyə üstünlük vermirlər. Qadınların özlərini ifadə edə biləcəyini və başa düşülə biləcəyini düşündükləri platformalarda qalırlar" proffesor əlavə edib . O qeyd edib ki, qadınlar proses, kişilər isə nəticə yönümlüdür.
""Twitter" tətbiqi üçün qadınların zorakılığa məruz qaldığı və bildirilən hesabların dərhal bağlanmadığı iddiaları var”.
Xüsusilə sayları gündən-günə artan qadın fenomenlər "Twitter"dən çox "Instagram" və "YouTube" kimi kanallarda olurlar. Izea araşdırmasına görə, 2021-ci ildə edilən sponsorluqların 85 faizi bu sosial şəbəkələrdə olan qadın fenomenlərə olub. Bu da nəticələrə təsir edir.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


