Nazirlər Kayseridə Ukraynadan qayıdan pilotlarla görüşdülər

   Nazirlər Kayseridə Ukraynadan qayıdan pilotlarla görüşdülər
  21 Dekabr 2022    Oxunub:675
Türkiyənin milli müdafiə naziri Hulusi Akar 10 aydır Ukraynada qalan və ötən gün Kayseriyə qayıdan təyyarələrin ekipaj üzvləri ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib. Nazirlər həmin pilotların ailələrinə hədiyyələr veriblər. Türkiyənin milli müdafiə naziri Hulusi Akar vəzifəni uğurla yerinə yetirən pilotları təbrik edib.

Qeyd edək ki, Zakir Həsənov Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin Kayseridə keçiriləcək növbəti iclası ilə bağlı Türkiyədə rəsmi səfərdədir.

Xatırladaq ki, humanitar yardım aparan və Türkiyə vətəndaşlarını təxliyə etmək məqsədi ilə Ukraynaya gedən, lakin hava məkanının qapadılması səbəbindən Borispol aeroportunda qalan 2 ədəd A400M təyyarəsi ötən gün Kayseriyə qayıdıb.

AzVision.az



Teqlər:





Xəbər lenti