Leslo Kever: "ABŞ Kiyevi Kremlə qarşı hərbi bazaya çevirməməli idi"

O, konkret olaraq Vaşinqtonu hədəf alaraq vurğulayıb ki, ABŞ Kiyevi Moskvanın maraq dairəsindən çıxarmaq və Ukraynanı “Rusiyaya yönəlmiş böyük hərbi bazaya çevirməyə” cəhd edərkən strateji səhvə yol verib.
Keverin sözlərinə görə, Avropa Moskvaya qarşı tətbiq edilən sanksiyalardan Rusiyadan çox zərər çəkib. Halbuki, bu təşəbbüslərin məqsədi Rusiyanı “iqtisadi və siyasi cəhətdən məhv etmək”, həmçinin onu Avropadan ayırmaq üçün “yeni dəmir örtük” yaratmaq idi.
Spiker Ukraynadakı münaqişəni mümkün qədər tez həll etməyin gərəkdiyini də önə çəkib. Bundan sonra bütün ölkələrin maraqlarını nəzərə almaqla yeni Avropa təhlükəsizlik sistemi yaratmaq lazımdır.
Tural Tağıyev
AzVision.az