Çin XİN: "ABŞ xaos məqsədilə NATO-dan istifadə edir"

      Çin XİN:    "ABŞ xaos məqsədilə NATO-dan istifadə edir"
  21 Dekabr 2022    Oxunub:753
ABŞ hegemonluğunu qorumaq və dünyada xaos yaratmaq üçün NATO-dan istifadə etməyi dayandırmalıdır. AzVision.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib ki, "Çin həmişə bütün dünyada sülh, sabitlik və rifahın qorunmasına sadiq olub". Bu baxımdan, ABŞ-ın Şimali Atlantika Alyansındakı səfiri Culian Smitin Pekin və Moskvanın NATO üzvlərini zəiflətməyə çalışması ittihamlarını əsassız sayıb.

“Birləşmiş Ştatlar Çinə böhtan atmağı, qarşıdurmanı təbliğ etməyi, xəyali düşmənlər yaratmaq, NATO-dan hegemonluğu qorumaq və sülhü pozmaq üçün alət kimi istifadə etməyi dayandırmalı və Soyuq Müharibə zehniyyətindən əl çəkməlidir”, - Mao Ning qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çin   NATO  





Xəbər lenti