Reuters: Gələn il Rusiyada mobil rabitə və internet pisləşəcək

Nəticədə, Rusiyada mobil telefon istifadəçiləri çox güman ki, daha ləng yükləmələrlə üzləşəcək və zənglər zamanı əlaqə olmayacaq.
Birlikdə Rusiyada telekommunikasiya avadanlıqları bazarının böyük payını və baza stansiyalarının demək olar ki, 50%-ni təşkil edən Ericsson və Nokia şirkətləri telekommunikasiya antenalarından tutmuş rəqəmsal siqnalları ötürən optik lifi birləşdirən avadanlıqlara qədər hər şeyi hazırlayır.
Onlar həmçinin şəbəkənin müxtəlif hissələrinin inteqrasiya olunmuş şəkildə işləməsinə imkan verən mühüm proqram təminatı təqdim edirlər.
Nokia və Ericsson, nəhayət, gələn ilin əvvəlinə qədər Rusiya bazarını tərk edəcəklərini və proqram təminatı yeniləmələrini dayandıracaqlarını açıqlayıblar.
Dekabrın 19-da Rusiyanın Rəqəmsal inkişaf, telekommunikasiya və kütləvi informasiya vasitələri naziri Maksut Şadayev bəyan edib ki, dörd telekommunikasiya operatoru Rusiya istehsalı olan avadanlıqların alınması üçün 100 milyard rubl dəyərində müqavilə imzalayıb.O, operatorların və istehsalçıların adını çəkməyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: