Müğənni məhkəməlik oldu

Müğənni məhkəməlik oldu
  21 Dekabr 2022    Oxunub:704
Türkiyəli müğənni Gülşən yenidən hakim qarşısına çıxıb.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə prosesi zamanı bir çox şəxs şikayətdən imtina edib.

Belə ki, Gülşən "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə avqust ayında həbs edilib. Lakin bir müddət sonra ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, konsertlərindən birində Gülşənin dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib.
AzVision.az



Teqlər:





Xəbər lenti