Paşinyan: "Sülhməramlılar öhdəlikləri yerinə yetirmir"

   Paşinyan: "Sülhməramlılar öhdəlikləri yerinə yetirmir"
  22 Dekabr 2022    Oxunub:1299
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yerləşən Rusiya sülhməramlı korpusunu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb.
"Rusiya sülhməramlılarının mövcudluğunun əsas mənası qanunsuz hərəkətlərə yol verməmək və Laçın dəhlizini nəzarətdə saxlamaqdır”, - baş nazir bildirib.

Bundan əlavə, cənab Paşinyan Ermənistanın münaqişənin sülh yolu ilə həlli ilə bağlı təkliflərini Azərbaycana təqdim etdiyini bildirib.

"Biz bu məzmunda saziş imzalamağa hazırıq və ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq", - o əlavə edib. Paşinyanın sözlərinə görə, həmçinin regional kommunikasiyaların açılması və sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın gələcək fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinə təkliflər göndərilib.

Şahanə Rəhimli
AzVision.az







Teqlər:





Xəbər lenti