Akar: “Biz müharibə üçün deyil, sabitlik və sülh üçün varıq”

      Akar:    “Biz müharibə üçün deyil, sabitlik və sülh üçün varıq”
  22 Dekabr 2022    Oxunub:764
"Biz döyüşmək üçün deyil, sabitlik və sülh üçün varıq. Bunun üçün çalışırıq"
AzVision.az
Akar Azərbaycan və Ermənistan arasında müqavilənin imzalanması ilə regionda sülh və sabitliyin təmin edilməsi, bütün Qafqazda sülh və əmin-amanlıq mühitinin yaradılması üçün əllərindən gələni etdiklərini açıqlayıb.

"Azərbaycan bununla bağlı görülməli olan hər şeyi edib və etməkdə də davam edir. Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında normallaşma və bərpa məqsədi daşıyan hər prosesi dəstəkləyirik. Bundan başqa, dalana dirənən istənilən vəziyyətə qarşı olduğumuzu hamının bilməsini istəyirik".

Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın öz mübarizəsində haqlı olduğunun bilinməsinin, bunun hər yerdə yayılması və ortaya çıxarılmasının vacibliyini vurğulayıb.
"Bu, Türkiyə olaraq etməyə çalışdığımız ən mühüm məsələlərdən biridir. Biz bunu NATO başda olmaqla, beynəlxalq platformalarda və ikitərəfli münasibətlərdə daim gündəmə gətiririk".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti