"Erməni həmkarlar son anda görüşdən imtina etdilər" - Lavrov

   "Erməni həmkarlar son anda görüşdən imtina etdilər" -    Lavrov
  23 Dekabr 2022    Oxunub:1546
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanın Azərbaycanla üçtərəfli məsləhətləşmələr üçün Moskvaya gəlməkdən imtina etməsindən təəssüfləndiyini deyib.
AzVision.az xəbər verir ki, o, bu barədə Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı danışıb.

"Biz bu tədbirə hazırlaşırdıq. Təəssüf ki, son anda erməni həmkarlarımız Moskvaya gəlməkdən imtina etdilər və bunu bölgədəki vəziyyətlə izah etdilər. Çox təəssüf ki, bu fürsət əldən verildi", - Rusiya XİN başçısı İrəvanın davranışından gileylənib.

Lavrov xatırladıb ki, ayın əvvəlində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundunun Rusiyada keçirilməsinə dair razılıq əldə olunub: “Yer üzündə hansı məsələlərin ortaya çıxmasından asılı olmayaraq, müntəzəm şəkildə görüşmək, danışıqlar aparmaq, etimadı gücləndirmək və bütün məsələlərin həlli üçün zəmin yaratmaq daha zəruridir”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Lavrov   Moskva  





Xəbər lenti