Xersonun atəşə tutulması nəticəsində yaralananların sayı 36-ya çatıb
![Xersonun atəşə tutulması nəticəsində yaralananların sayı 36-ya çatıb Xersonun atəşə tutulması nəticəsində yaralananların sayı 36-ya çatıb](https://azvision.az/photos/2022/12/1671879268.jpg)
"Rusiya Silahlı Qüvvələri Xersonun mərkəzini atəşə tutması nəticəsində 5 nəfər ölüb, 35 nəfər yaralanıb, onlardan 13-nün vəziyyəti ağırdır.
“Düşmən Xerson vilayətinin ərazisini 74 dəfə atəşə tutub. Onlar artilleriyadan, reaktiv yaylım atəşi silahlarından, minaatanlardan və tanklardan atəş açıblar. Xersonun yaşayış məntəqələrinə amansızcasına hücum ediblər – düz 36 atəşə tutulma halı qeydə alınıb. Mərmilər mühüm infrastruktur obyektlərinə, uşaq bağçasına, məktəbə, xəstəxanaya, mağazalara, fabrikə, özəl və çoxmənzilli evlərə düşüb”, - o bildirib.
AzVision.az
Teqlər: