Dəhliz böhranı Əsgəranı da vurdu: Rayonda qıtlıq yaşanır

  Dəhliz böhranı Əsgəranı da vurdu:  Rayonda qıtlıq yaşanır
  27 Dekabr 2022    Oxunub:1046
Laçın dəhlizinin bağlı olması Qarabağdakı separatçıları çətin duruma salıb. AzVision.az xəbər verir ki, Xankəndidə olduğu kimi artıq Əsgəranda da ermənilər ərzaq tapa bilməmələrindən gileylənirlər.
Məsələn, Əsgəran rayonu "administrasiyasının" rəhbəri Hamlet Apresyan deyib:

"Əsgəran rayonunun kəndlərində insanlar əkinçiliklə məşğul olurlar. Bu kəndlərdə hazırda kifayət qədər meyvə-tərəvəz olsa da, eyni şeyi rayonun mərkəzi haqqında demək olmaz. Əsgəranın özündə qıtlıq artıq hiss olunur".

Məhsulsuz qalan Xankəndi bazarı - FOTOLAR
Onun sözlərinə görə, rayon mərkəzində meyvə-tərəvəzlə yanaşı, ciddi şəkildə şəkər tozu problemi də öz yaranıb.

- Heç bir taxıl və ya taxıl məhsulu qalmayıb. Siqaret və gigiyena vasitələri artıq bitmək üzrədir. Amma mövcud malların eyni qiymətlərlə satışı davam edir. Hazırda mağazalar hələ də müəyyən dərəcədə tələblərə cavab verir. Lakin indiki vəziyyət uzun müddət davam edərsə, vəziyyət daha da mürəkkəbləşəcək, - deyən rayon "administrasiyasının başçısı" Əsgəran ermənilərinin ekonom rejimə keçmək ideyasını asanlıqla qəbul etdiyini iddia edib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Əsgəran   Dəhliz   Qıtlıq  





Xəbər lenti