Serbiya Kosovonun şimalında blok-postlar qurur
Serbiya prezidenti Aleksandar Vuçiçin sözlərinə görə, Priştinanın Kosovonun şimalında kosovo serblərinə “hücum etməyə” və bir sıra maneələri dağıtmağa hazırlaşdığı iddia edilir.
Rəsmi Priştina isə öz növbəsində Vuçiçi siyasi təbliğatda və Serb qoşunlarının sonradan hərbi müdaxiləsi üçün medianın köməyi ilə münaqişəni qızışdırmaqda ittiham edib.
Kosovo hakimiyyəti həmçinin NATO-nun Kosovo və Metohiyaya kontingentini barrikadaları sökməyə çağırıb.
Qeyd edək ki, dekabrın 26-na keçən gecə Kosovo xüsusi təyinatlılarının barrikadalarda serbləri atəşə tutduğu bildirilir.
Eyni zamanda Böyük Britaniya, Almaniya, İtaliya, ABŞ və Fransa səfirləri Vuçiçdən barrikadaların sökülməsinə nail olmağı tələb ediblər. Onlar hədələyiblər ki, əks halda Priştinanın “vəziyyəti təkbaşına həll etmək” cəhdlərinə göz yumacaqlar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: