İrəvan erməniləri dəhlizdə təxribat üçün yola çıxdılar - VİDEO |
Müəllif insidentlə bağlı Xankəndidə fəaliyyət göstərən qondarma partiyalardan birinin rəhbəri Tiqran Petrosyandan da açıqlama alıb. İnsident zamanı ruslarla dialoqda iştirak edən Petrosyan deyib ki, bu cür güc nümayişi anormal davranış olub: "Onlara dedik ki, 15 ekoloqun problemlərini həll edə bilmirlər. Biz isə dinc aksiya keçiririk. Nədir, indi bizə qarşı güc tətbiq edirsiniz?".
Xatırladaq ki, bu gün səhər "partiya rəhbəri" olan təxribatçı Petrosyan insanları saat 15:00-dan etibarən bir yerə toplayaraq Xankəndi hava limanına etiraz aksiyası üçün aparacağını bəyan etmişdi. Məqsəd Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovla görüşmək olub..
Tural Tağıyev
AzVision.az